إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Şeyxülislam Hacı Allahşükür Paşazadə Ayətullahul-Üzma Məkarim Şirazi ilə görüşüb

QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin başçılığı ilə İranda səfərdə olan Azərbaycan heyəti bu gün mərcei-təqlid Ayətullah Şeyx Nasir Məkarim Şirazi ilə görüşüb.

Mərcei-təqlidin rəsmi saytının bildirdiyinə görə görüşdən məmnunluğunu bildirən Ayətullah Məkarim Şirazi Azərbaycan və İranın qonşu olmasını önə çəkərək qonşuluq əlaqələrinə İslam dininin xüsusi önəm verdiyini söyləyib.

Ayətullah Məkarim Şirazi müsəlman ölkələrini ayıqlığa səsləyərək deyib ki, gərək biz düşmənlərin bizim aramızda təfriqə salmağına və bir-birimiz barədə bədgümanlıq fikirləri yaratmağına imkan verməyək. Müsəlmanların Qurani-Kərimdə buyrulduğu kimi qardaş olduğunu xatırladan Quran müfəssiri bildirib ki, Qurani-Kərim həmçinin buyurur ki, əgər müsəlmanlar arasında ixtilaf meydana gələrsə, hökmən bu aradan qaldırılmalıdır. Bütün bunların İslam düşmənləri tərəfindən həyata keçirildiyini bildirən Ayətullah Məkarim Şirazi bununla onların müsəlmanları bir-birinə qırdırmaq istədiklərini bildirib.

Hal-hazırda bir neçə ölkədə bunun baş verdiyiniqeyd edən mərcei-təqlid bundan ibrət götürməyin zəruriliyini deyib. O Şeyxülislam Hacı Allahşükür Paşazadəyə böyük nüfuz sahib olduğunu və bu nüfuzdan istifadə edərək bu kimi təfriqələrin qarşısını almasına çağırıb. Görüşün dostluq xarakter daşıdığını bildirən böyük alim bu səfərin İran və Azərbaycan arasında əlaqələrin daha da inkişaf etməsinə yönələcəyinə ümid bəslədiyini bildirib.

Şeyx Məkarim Şirazi həmçinin Azərbaycanda dini mərasimlərin keçirilməsinə şəraitin daha da yaxşılışdırmasına çağıraraq deyib ki, bu hökümətin və xalqın daha da möhkəm olmasına gətirib çıxaracaqdır. Azərbaycan Respublikasının prezidentinə zindanda olan möminlərin azad edilməsilə bağlı təklif etdiyini xatırladan mərcei-təqlid bildirib ki, bu addımla prezident xalqda xoş təsir bağışlamış olar.

Qədimdən türklərlə isti münasibətləri olduğunu xatırladan mərcei-təqlid türklərin şücaətli və qeyrətli olduqlarını bildirərək hər iki ölkə alimlərinin daha da sıx əlaqə qurmalarını tövsiyyə edərək bunun həm iki ölkənin və bütün müsəlmanların xeyrinə olacağını bildirib.

Öz növbəsində Hacı Allahşükür Paşazadə görüşdən məmnun olduğunu və Azərbaycandan çoxlu salamlar gətirdiyini bildirərək Ayətullah Şeyx Məkarim Şirazini Azərbaycana səfərə dəvət edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 May, 2013  04:52 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!