|
|
Qərbi Zəngəzurdakı Azərbaycan abidələri ilə bağlı müsabiqə və sərgi barədə növbəti maarifləndirmə tədbiri təşkil olunubNoyabrın 11-də Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri - rəsm müsabiqəsi və sərgisinin təşkili” layihəsinin növbəti maarifləndirmə tədbiri keçirilib. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, layihənin növbəti günündə 20 nəfər yeniyetmə və gənc iştirak edib. Layihə 3 mərhələdən - iki maarifləndirmə tədbirindən, rəsmlərin sərgisindən və iştirakçıların sertifikatlarla təltif olunmalarından ibarətdir. Qeyd edək ki, “Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri – rəsm müsabiqəsi və sərgisinin təşkili” layihəsinin məqsədi milli-mədəni irs nümunələrinin tanıdılması kimi ümummilli işə töhfə verməkdir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Noyabr, 2022 10:38 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |