
Noyabrın 11-də Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri - rəsm müsabiqəsi və sərgisinin təşkili” layihəsinin növbəti maarifləndirmə tədbiri keçirilib.
Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, layihənin növbəti günündə 20 nəfər yeniyetmə və gənc iştirak edib.
Layihə 3 mərhələdən - iki maarifləndirmə tədbirindən, rəsmlərin sərgisindən və iştirakçıların sertifikatlarla təltif olunmalarından ibarətdir.
Qeyd edək ki, “Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri – rəsm müsabiqəsi və sərgisinin təşkili” layihəsinin məqsədi milli-mədəni irs nümunələrinin tanıdılması kimi ümummilli işə töhfə verməkdir.