|
|
Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin perspektivinə münasibət bildirib
“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü tərəflər arasında etimadın və güvənin yaranmasına kömək edə bilər”. Ahlibeyt.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransında deyib. “Hər iki tərəf birlikdə işləməyə, əlaqələri davam etdirəcəyini bəyan edib. Bu indiki şəraitdə müsbət addımdır. Tərəflər yaxın həftələrdə də müzakirə üçün görüşmək barədə razılaşıblar və inanırıq ki, bu proses tərəflər arasında etimadın yaranmasına kömək edəcək. Biz bu prosesə əlimizdən gələn qədər dəstək verəcəyik”,- deyə Prays bildrib. Tərəflərin bu ilin sonunadək sülh müqaviləsi imzalama ehtimalı ilə bağlı sualına cavabında ABŞ Dövlət Departamentinin sözçüsü deyib ki, bu Azərbaycanla Ermənistanın verəcəyi bir qərardır: “Biz tərəflərin dayanıqlı sülhə nail olmaq istiqamətində irəliləyişin əldə edilməsi üçün əlimizdən gələni edəcəyik”,- deyə o əlavə edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Noyabr, 2022 09:18 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |