9 Noyabr, 2022
Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin perspektivinə münasibət bildirib

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü tərəflər arasında etimadın və güvənin yaranmasına kömək edə bilər”.

Ahlibeyt.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransında deyib.

“Hər iki tərəf birlikdə işləməyə, əlaqələri davam etdirəcəyini bəyan edib. Bu indiki şəraitdə müsbət addımdır. Tərəflər yaxın həftələrdə də müzakirə üçün görüşmək barədə razılaşıblar və inanırıq ki, bu proses tərəflər arasında etimadın yaranmasına kömək edəcək. Biz bu prosesə əlimizdən gələn qədər dəstək verəcəyik”,- deyə Prays bildrib.

Tərəflərin bu ilin sonunadək sülh müqaviləsi imzalama ehtimalı ilə bağlı sualına cavabında ABŞ Dövlət Departamentinin sözçüsü deyib ki, bu Azərbaycanla Ermənistanın verəcəyi bir qərardır:

“Biz tərəflərin dayanıqlı sülhə nail olmaq istiqamətində irəliləyişin əldə edilməsi üçün əlimizdən gələni edəcəyik”,- deyə o əlavə edib.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12126.html