|
|
Daxili İşlər Nazirliyi Zəfər Günü münasibətilə vətəndaşlara müraciət edibDaxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə vətəndaşlara müraciət edib. Ahlibeyt.az-ın DİN-in mətbuat xidmətinə istinadən məlumatına görə, müraciətdə deyilir: “Əziz vətəndaşlarımız! 8 Noyabr - Zəfər Günü ilə əlaqədar elan edilən istirahət günlərində polis əməkdaşları tərəfindən ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə qorunması, insanların rahat və maneəsiz hərəkətlərini təmin etmək, onların mənzil başına sağ-salamat çatması və möhtəşəm Qələbə bayramını xoş əhval-ruhiyyədə keçirməsi üçün bütün lazımi tədbirlər görüləcək. Bununla yanaşı vətəndaşlarımız üzləşdikləri hər hansı neqativ hallarla bağlı gücləndirilmiş iş rejimində xidmət aparan polis naryadlarına, həmçinin DİN-in 102 - Zəng Mərkəzinə, nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər. Nazirliyin kollektivi adından Zəfər Günü münasibətilə qalib xalqımızı təbrik edirik”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Noyabr, 2022 10:03 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |