
Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə vətəndaşlara müraciət edib.
Ahlibeyt.az-ın DİN-in mətbuat xidmətinə istinadən məlumatına görə, müraciətdə deyilir:
“Əziz vətəndaşlarımız!
8 Noyabr - Zəfər Günü ilə əlaqədar elan edilən istirahət günlərində polis əməkdaşları tərəfindən ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə qorunması, insanların rahat və maneəsiz hərəkətlərini təmin etmək, onların mənzil başına sağ-salamat çatması və möhtəşəm Qələbə bayramını xoş əhval-ruhiyyədə keçirməsi üçün bütün lazımi tədbirlər görüləcək.
Bununla yanaşı vətəndaşlarımız üzləşdikləri hər hansı neqativ hallarla bağlı gücləndirilmiş iş rejimində xidmət aparan polis naryadlarına, həmçinin DİN-in 102 - Zəng Mərkəzinə, nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Nazirliyin kollektivi adından Zəfər Günü münasibətilə qalib xalqımızı təbrik edirik”.