|
|
“Qayıdış” qəhrəmanlara dəstək sərgisi keçiriləcəkOktyabrın 26-dan 31-dək “YAŞAT” Fondunun və Azərbaycan Rəssamlar İttifaqının tərəfdaşlığı, "Veysəloğlu" Şirkətlər Qrupunun və Qız Qalası Qalereyasının təşkilatçılığı ilə “Qayıdış” qəhrəmanlara dəstək sərgisi keçiriləcək. Ahlibeyt.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən mətbuata verilən açıqlamada bildirilib ki, sərgidə 33 tanınmış və gənc rəssamın 40 əsəri nümayiş olunacaq. Sərgidən əldə edilən vəsaitin 70 faizi “YAŞAT” Fonduna ianə ediləcək, 30 faizi isə rəsm əsərlərinin müəlliflərinin hesabına köçürüləcək. Sərgi İçərişəhərdə, Qüllə küçəsi, 6 ünvanında yerləşən "QGallery" rəsm qalereyasında keçiriləcək. Məqsəd Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar sağlamlığını itirmiş qazilərimizə və şəhidlərimizin ailə üzvlərinə dəstək olmaqdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Oktyabr, 2022 09:45 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |