25 Oktyabr, 2022
“Qayıdış” qəhrəmanlara dəstək sərgisi keçiriləcək

Oktyabrın 26-dan 31-dək “YAŞAT” Fondunun və Azərbaycan Rəssamlar İttifaqının tərəfdaşlığı, "Veysəloğlu" Şirkətlər Qrupunun və Qız Qalası Qalereyasının təşkilatçılığı ilə “Qayıdış” qəhrəmanlara dəstək sərgisi keçiriləcək.

Ahlibeyt.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən mətbuata verilən açıqlamada bildirilib ki, sərgidə 33 tanınmış və gənc rəssamın 40 əsəri nümayiş olunacaq.

Sərgidən əldə edilən vəsaitin 70 faizi “YAŞAT” Fonduna ianə ediləcək, 30 faizi isə rəsm əsərlərinin müəlliflərinin hesabına köçürüləcək.

Sərgi İçərişəhərdə, Qüllə küçəsi, 6 ünvanında yerləşən "QGallery" rəsm qalereyasında keçiriləcək. Məqsəd Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar sağlamlığını itirmiş qazilərimizə və şəhidlərimizin ailə üzvlərinə dəstək olmaqdır.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12056.html