|
|
Qrantlarla bağlı vahid informasiya sistemi yaradılacaqMilli Məclis “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təsdiq edib. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, qanun layihəsi parlamentin oktyabrın 18-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib. Dəyişikliklər Qanunun 3-cü maddəsinin yeni 2-2-ci hissəsində qeyd olunan qrantların reyestrinin aparılması qaydasını müəyyən edir. Dəyişikliklərə əsasən, yuxarıda qeyd olunan maddə ilə müəyyən edilmiş qrantların reyestrinin hansı qaydada aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən ediləcək. Dəyişiklik qrantların alınmasında şəffaflığın təmin edilməsi, bu sahədə müasir tələblərə cavab verən sistemin formalaşdırılması, qrantlar haqqında zəruri məlumatları əhatə edən vahid informasiya sisteminin mövcudluğu, nəzərdə tutulan reyestrin eyni forma, metod və prinsiplər əsasında aparılması baxımından zəruri hesab olunur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Oktyabr, 2022 14:16 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |