18 Oktyabr, 2022
Qrantlarla bağlı vahid informasiya sistemi yaradılacaq

Milli Məclis “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təsdiq edib.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, qanun layihəsi parlamentin oktyabrın 18-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Dəyişikliklər Qanunun 3-cü maddəsinin yeni 2-2-ci hissəsində qeyd olunan qrantların reyestrinin aparılması qaydasını müəyyən edir. Dəyişikliklərə əsasən, yuxarıda qeyd olunan maddə ilə müəyyən edilmiş qrantların reyestrinin hansı qaydada aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən ediləcək.

Dəyişiklik qrantların alınmasında şəffaflığın təmin edilməsi, bu sahədə müasir tələblərə cavab verən sistemin formalaşdırılması, qrantlar haqqında zəruri məlumatları əhatə edən vahid informasiya sisteminin mövcudluğu, nəzərdə tutulan reyestrin eyni forma, metod və prinsiplər əsasında aparılması baxımından zəruri hesab olunur.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12029.html