إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

TDT XİN Şurasının növbədənkənar iclası keçirilib

İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası başa çatıb.

Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi məlumata görə, TDT-nın gündəliyində duran prioritet məsələlərlə yanaşı, 11 noyabr 2022-ci ildə Səmərqənddə keçiriləcək TDT Sammitinə hazırlıq müzakirə olunub.

İclasda Təşkilata üzv ölkələri olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, həmçinin, müşahidəçi ölkələr Macarıstan və Türkmənistanın XİN rəhbərləri iştirak edib.

Nazir Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının Fövqəladə İclasında çıxış edərək, aşağıdakı əsas fikirləri səsləndirilib:

Qardaş Türkiyənin TDT-yə sədrliyi üzv dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verib. Bu xüsusda, növbəti Zirvə görüşünün qardaş Özbəkistanda keçirilməsi Təşkilatın daha da güclənməsinə xidmət edəcək.

Azərbaycan tərəfi bugünkü Zirvə Görüşünün bir sıra mühüm sənədlərinin, xüsusilə Türk Dövlətləri Təşkilatının 2022-2026-cı illər üzrə Strateji Yol Xəritəsinin qəbul olunmasının təşkilatın işinə mühüm töhfə verəcəyinə ümidvardır.

Azərbaycan həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ikitərəfli əsasda TDT-yə üzv dövlətlərlə sıx əməkdaşlıqdadır. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə, Özbəkistan və Qırğızıstan və Qazaxıstana son səfərləri müstəsna əhəmiyyət kəsb edir.

Təşkilat çərçivəsində Şuşa şəhərinin Türk dünyanın 2023-cü ildə mədəniyyət paytaxtı seçilməsinə verilən xüsusi diqqət təqdirəlayiqdir. Biz həmçinin, 16 sentyabr 2022-ci ildə keçirilmiş Şuşa Türk Biznes Forumunun işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə mühüm töhfə verəcəyinə inanırıq.
Coğrafiyamızda baş verən proseslər, yaranan yeni çağırışlar fonunda TDT-nin bu çağırışlarla mübarizə üçün geniş imkan yaradan platforma rolu oynadığını hesab edirik.

Azərbaycan tərəfi TDT-nin fəaliyyətini hər zaman dəstəkləyir və bundan sonra da TDT-nin çətiri altında qardaş xalqlarımız arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün səy göstərəcək.

Nazir Ceyhun Bayramov daha sonra, iclasın gündəliyi üzrə mühüm məsələlər ətrafında ölkəmizin mövqeyini diqqətə çatdırıb. Nazir, Ermənistanın təxribatı nəticəsində son toqquşmalar, habelə Ermənistan ilə sülh müqaviləsi imzalanması təşəbbüsümüz çərçivəsində görülən işlərlə bağlı son vəziyyət haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bununla yanaşı, Azərbaycanın Ermənistanla normallaşma prosesi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası, eləcə də humanitar istiqamətlərldə səylər göstərməsinə baxmayaraq, Ermənistanın proseslərə maneçilik törətdiyi, üçtərəfli bəyanatlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozduğu vurğulanıb.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının nəticələrinə dair mətbuat konfransında çıxışı zamanı bildirib ki, keçən il İstanbulda tarixi zirvədə liderlərimiz birliyimizə dair vacib addımlar atdılar.

“Sədrliyimiz dövründə həmrəyliyimizin gücləndirilməsi də müzakirə edildiyi. Bildiyiniz kimi, Qazaxıstanda məlum hadisələr baş verdi və biz qardaş ölkə və xalqın yanında olduq... Biz, Ukrayna, Mərkəzi Asiya və Qafqazda baş verənləri da müzakirə etdik. Azərbaycanın Qarabağ Zəfərindən sonra ortaya çıxan sülh fürsətini də müzakirə etdik”, - deyə o bildirib.

Nazir əlavə edib ki, Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbəti iclası 10 noyabrda Səmərqənddə baş tutacaq.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Oktyabr, 2022  16:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!