|
• Dünyadaİsveçrədə niqablı qadınlar cərimələnəcəkİsveçrədə ictimai yerlərdə üzü örtən dini geyimlərlə bağlı qadağanı pozan qadınları cərimələyəcəklər. Ahlibeyt.az-ın İnterfax-a istinadən xəbərinə görə, İsveçrə hökuməti ictimai yerlərdə üz örtüyü taxmağı qadağan edən qanun layihəsini parlamentə təqdim edib. Qanun layihəsinə görə, qadağa məktəb, xəstəxana, ictimai nəqliyyat və restoranlar kimi ictimai yerlərə şamil ediləcək. Bildirilir ki,qanuna əsasən müsəlman qadınlar hicab geyə bilər,lakin niqab geyinə bilməzlər. Qanun layihəsində bir sıra istisnalar nəzərdə tutulur, motosikletçilərə üzlərini örtən dəbilqələrdən istifadəyə icazə verilir. Qadağa tibbi maskalara da şamil edilmir. Həmçinin təyyarələrdə,konsulluq və diplomatik idarələrdə və dini məkanlarda üzün örtülməsinə icazə verilir. Qapalı üz örtüyündə ictimaiyyət arasına çıxan xanımlar üçün 1000 İsveçrə frankı (təxminən 1700 azn) məbləğində cərimə nəzərdə tutulur. Xatıraladaq ki, 2021-ci ilin martında İsveçrədə referendum keçirilib və ictimai yerlərdə, o cümlədən nəqliyyatda, restoran və mağazalarda üzün gizlədilməsinə qadağa təklifi qəbul olunub. Qərarı ölkə vətəndaşlarının 51,2 faizi dəstəkləyib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Oktyabr, 2022 10:24 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |