14 Oktyabr, 2022
İsveçrədə niqablı qadınlar cərimələnəcək

İsveçrədə ictimai yerlərdə üzü örtən dini geyimlərlə bağlı qadağanı pozan qadınları cərimələyəcəklər.

Ahlibeyt.az-ın İnterfax-a istinadən xəbərinə görə, İsveçrə hökuməti ictimai yerlərdə üz örtüyü taxmağı qadağan edən qanun layihəsini parlamentə təqdim edib.

Qanun layihəsinə görə, qadağa məktəb, xəstəxana, ictimai nəqliyyat və restoranlar kimi ictimai yerlərə şamil ediləcək.

Bildirilir ki,qanuna əsasən müsəlman qadınlar hicab geyə bilər,lakin  niqab geyinə bilməzlər.

Qanun layihəsində bir sıra istisnalar nəzərdə tutulur, motosikletçilərə üzlərini örtən dəbilqələrdən istifadəyə icazə verilir. Qadağa tibbi maskalara da şamil edilmir. Həmçinin təyyarələrdə,konsulluq və diplomatik idarələrdə və dini məkanlarda üzün örtülməsinə icazə verilir.

Qapalı üz örtüyündə ictimaiyyət arasına çıxan xanımlar üçün 1000 İsveçrə frankı (təxminən 1700 azn) məbləğində cərimə nəzərdə tutulur.

Xatıraladaq ki, 2021-ci ilin martında İsveçrədə referendum keçirilib və ictimai yerlərdə, o cümlədən nəqliyyatda, restoran və mağazalarda üzün gizlədilməsinə qadağa təklifi qəbul olunub. Qərarı ölkə vətəndaşlarının 51,2 faizi dəstəkləyib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-12010.html