|
• DünyadaM.Zaxarova: Fransadan fərqli olaraq, Rusiya Azərbaycanla Ermənistan arasındakı münaqişənin həllinə yardım edibHətta Bakı ilə İrəvan arasında gərginlik dövründə özünü standart sülh çağırışları ilə məhdudlaşdıran Fransadan fərqli olaraq, Rusiya praktiki baxımdan münaqişənin həllinə yardım edib. Moskva müxbiri xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun müsahibəsində səsləndirdiyi fikirlərə dair Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın adından yayılan bəyanatda bildirilib. “Ölkəmiz Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il noyabrın 9-da qan tökülməsinə son qoyan üçtərəfli bəyanatın imzalanmasına həlledici töhfə verib. Sözügedən razılaşmaya uyğun olaraq yerləşdirilən sülhməramlı kontingent regionda təhlükəsizliyin təminatçısı olaraq qalır. Sülhməramlılar öz məsuliyyət zonalarında baş verən hadisələrin qarşısını effektiv şəkildə alır, dinc həyatın qurulmasına kömək edir. Onların köməyi ilə 53 min qaçqın evlərinə qayıdıb, həlak olan 2000-dən çox şəxsin meyiti təhvil verilib, ümumilikdə 146 saxlanılan şəxs geri qaytarılıb, 25 mindən çox partlayıcı predmet zərərsizləşdirilib. Məhz Rusiya tərəfindən Bakı ilə İrəvan arasında münasibətlərin hərtərəfli normallaşması istiqamətində işə başlanılıb. Rusiyanın iştirakı ilə üç ölkə liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına əsaslanan sülh gündəmini təşviq etmək üçün fəal səylər davam edir. Xüsusilə, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, sülh müqaviləsinin bağlanması, ictimaiyyətlə ekspertlər arasında dialoqun qurulması üçün addımlar atılır”, - XİN rəsmisi qeyd edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Oktyabr, 2022 07:36 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |