|
• DünyadaParisdə UNESCO-nun İcraiyyə Şurasının 215-ci sessiyası işə başlayıbParisdə UNESCO-nun mənzil qərargahında qurumun İcraiyyə Şurasının 215-ci sessiyası işə başlayıb. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, sessiyanın açılış mərasimində Qananın prezidenti Nana Akufo-Addo çıxış edərək, UNESCO-nun dünyada təhsil və mədəniyyət sahəsində gördüyü işləri təqdir edib. Sessiya iştirakçıları 214-cü sessiyadan sonra həyatını itirmiş UNESCO ilə əməkdaşlıq etmiş həmkarların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sessiyada İcraiyyə Şurasının 215-ci sessiyasının yekun gündəliyi müzakirə edilərək təsdiqlənib. UNESCO-nun Baş direktoru Odri Azule keçən dövr ərzində UNESCO-nun mandatına uyğun olaraq, beynəlxalq səviyyədə görülmüş işlərdən, keçirilən tədbirlərdən söz açaraq, kollektiv məsuliyyətin vacibliyinə toxunub. Sonra üzv ölkələrin milli çıxışları dinlənilib. Plenar iclasın ilk günündə İcraiyyə Şurasının 28 üzv ölkəsinin, eləcə də qurumun üzvü olan Azərbaycan milli bəyanatla çıxış edəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Oktyabr, 2022 17:34 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |