10 Oktyabr, 2022
Parisdə UNESCO-nun İcraiyyə Şurasının 215-ci sessiyası işə başlayıb

Parisdə UNESCO-nun mənzil qərargahında qurumun İcraiyyə Şurasının 215-ci sessiyası işə başlayıb.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, sessiyanın açılış mərasimində Qananın prezidenti Nana Akufo-Addo çıxış edərək, UNESCO-nun dünyada təhsil və mədəniyyət sahəsində gördüyü işləri təqdir edib.

Sessiya iştirakçıları 214-cü sessiyadan sonra həyatını itirmiş UNESCO ilə əməkdaşlıq etmiş həmkarların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sessiyada İcraiyyə Şurasının 215-ci sessiyasının yekun gündəliyi müzakirə edilərək təsdiqlənib.

UNESCO-nun Baş direktoru Odri Azule keçən dövr ərzində UNESCO-nun mandatına uyğun olaraq, beynəlxalq səviyyədə görülmüş işlərdən, keçirilən tədbirlərdən söz açaraq, kollektiv məsuliyyətin vacibliyinə toxunub.

Sonra üzv ölkələrin milli çıxışları dinlənilib. Plenar iclasın ilk günündə İcraiyyə Şurasının 28 üzv ölkəsinin, eləcə də qurumun üzvü olan Azərbaycan milli bəyanatla çıxış edəcək.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11990.html