|
|
Təhsil naziri 150 mindən çox müəllimə təbrik müsajı göndəribBu gün 5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür. Müəllimlər günü UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Elm və təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib. Ahlibeyt.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Cəsarət Valehov bildirib. O qeyd edib ki, nazirin adından 150 mindən çox müəllimin əlaqə nömrəsinə təbrik mesajı göndərilib. Təbrik mesajında müəllimlərə təşəkkür olunub: “Dəyərli Azərbaycan müəllimi! Övladlarımızın işıqlı gələcəyi naminə fədakar əməyinizə görə Sizə təşəkkür edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram. Beynəlxalq Müəllimlər Gününüz mübarək!”
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Oktyabr, 2022 10:16 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |