5 Oktyabr, 2022
Təhsil naziri 150 mindən çox müəllimə təbrik müsajı göndərib
5 oktyabr - Beynəlxalq müəllimlər günü

Bu gün 5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür. Müəllimlər günü UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

Elm və təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib.

Ahlibeyt.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Cəsarət Valehov bildirib.

O qeyd edib ki, nazirin adından 150 mindən çox müəllimin əlaqə nömrəsinə təbrik mesajı göndərilib.

Təbrik mesajında müəllimlərə təşəkkür olunub: “Dəyərli Azərbaycan müəllimi! Övladlarımızın işıqlı gələcəyi naminə fədakar əməyinizə görə Sizə təşəkkür edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram. Beynəlxalq Müəllimlər Gününüz mübarək!”

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11974.html