إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

VIII Bakı Beynəlxalq Kitab Sərgisində 109 nəşriyyatın iştirakı gözlənilir

8-ci Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib.

Ahlibeyt.az APA-ya istinadən xəbər verir ki, mətbuat konfransında Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin direktoru Akif Marifli və CEO nümayəndəsi Fərid Məmmədov jurnalistlərin suallarını cavablayıb.

Sərgi haqqında məlumat verən Akif Marifli builki sərginin daha geniş formada keçiriləcəyini diqqətə çatdırıb: “Sərgi “Şuşa İli”nə həsr olunub və sərgidə ümumilikdə 200-dən çox yeni kitabın təqdimatı olacaq”.

Nazirlik nümayəndəsi dəvət olunan qonaqlardan da söz açıb: “Türkiyədən 40, Rusiyadan 4, İrandan və Özbəkistandan da həmçinin, 4 nəşriyyat dəvət olunub. Ümumilikdə 109 nəşriyyatın iştirakı gözlənilir”.

Akif Marifli APA-nın sualına cavab olaraq bildirib ki, Türkiyədən və digər ölkələrdən kifayət qədər məşhur qonaqlar dəvət olunub: “Qonaqlar içərisində İlber Ortaylı, Fatih Erdoğan, Xasiyet Rüstem kimi məşhur simalar var. Orhan Pamuku da, şübhəsiz, sərgidə görmək istəyərdik. Lakin bəzən elə olur ki, müəllifin vaxt imkanları ilə sərginin keçiriləcəyi vaxt üst-üstə düşmür”.

Sərginin mərkəzdə keçirilməməsi ilə bağlı sualı cavablandıran şöbə müdiri bildirib ki, “Crystal Holl"da İctimai Televiziyanın 3-4 poliqonu olduğu üçün və eyni vaxtda çəkilişlər davam etdiyi üçün sərginin orada keçirilməsi mümkün olmayıb.

Onun sözlərinə görə, bu il sərgi üçün daha çox marşrut nəzərdə tutulub: "Builki sərginin daha geniş formada keçirildiyini nəzərə alaraq, marşrutların sayı artırılıb. Düşünürəm ki, oxucular bu marşrutlarla rahat şəkildə gedib-gələ biləcəklər".

Qeyd edək ki, 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-9 oktyabr 2022-ci il tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək. Sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat, 130 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaq.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Oktyabr, 2022  12:28 Çap

Bu bölmədə


Xəbər lenti




29 Noyabr, 2022  12:35











© 2022 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!