|
|
Hərbi prokuror: “Ermənistan silahlı qüvvələrinin cinayətləri ilə bağlı istintaq davam etdirilir”
Ermənistan silahlı qüvvələrinin xalqımıza qarşı cinayətləri ilə bağlı istintaq davam etdirilir. Ahlibeyt.az xəbər verir ki, bu barədə Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib. "Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Onu da qeyd etmək lazımdır ki, 9 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda “Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər və onların ağır nəticələri” mövzusunda elmi-praktiki konfrans da keçirilib”, - X.Vəliyev qeyd edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Sentyabr, 2022 08:30 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |