|
• DünyadaTarixi abidələrə qanunsuz müdaxilə edən xeyli sayda obyekt sahibinə xəbərdarlıq olunubBakı şəhərində yerləşən tarixi abidələrə edilən qanunsuz müdaxilələr, təmir-bərpa işlərinin aparılması ilə əlaqədar yol verilmiş qanunsuz halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən operativ monitorinqlər nəticəsində bu günə qədər 26 protokol yazılıb, xeyli sayda obyekt sahibinə xəbərdarlıq edilib. Ahlibeyt.az-ın xəbərinə görə, Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatında bildirilib ki, monitorinqlər sentyabrın 1-dən mədəniyyət naziri Anar kərimovun tapşırığına uyğun olaraq aparılır. Növbəti monitorinq tədbirləri dislokasiyaya uyğun olaraq Bakı şəhəri Yasamal rayonu Azərbaycan prospektində yerləşən tarix-memarlıq abidələrini əhatə edib. Növbəti monitorinq tədbirləri dislokasiyaya uyğun olaraq Bakı şəhəri Yasamal rayonu Azərbaycan prospektində yerləşən tarix-memarlıq abidələrini əhatə edib. Qeyd olunub ki, Dövlət Xidməti istisna olmaqla digər heç bir qurumun tarix-mədəniyyət abidələri üzərində hər hansı təmir-bərpa işlərinin aparılması, onların üzərinə reklam və digər lövhələrin yerləşdirilməsinə icazə vermək səlahiyyəti yoxdur. "Tarix-memarlıq abidələri ilə bağlı aparılan monitorinqlər davam etdiriləcəkdir. Bütün qanunsuz müdaxilələrin qarşısı alınacaqdır. Xəbərdarlıqlara rəğmən yol verdikləri nöqsanları aradan qaldırmayan obyekt sahiblərinə cərimələr tətbiq olunacaq və onlar barəsində hüquq mühafizə orqanlarına müraciət olunacaqdır. Bir daha vətəndaşlarımızı, mülkiyyətində və ya icarəsində tarixi abidələr olan şəxsləri abidələrimizin, eləcə də şəhərimizin estetik görünüşünün qorunmasına və gələcək nəsillərə tam şəkildə çatdırılmasına həssas yanaşmağa çağırırıq", - məlumatda bildirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Sentyabr, 2022 08:52 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |