30 Sentyabr, 2022
Tarixi abidələrə qanunsuz müdaxilə edən xeyli sayda obyekt sahibinə xəbərdarlıq olunub

Bakı şəhərində yerləşən tarixi abidələrə edilən qanunsuz müdaxilələr, təmir-bərpa işlərinin aparılması ilə əlaqədar yol verilmiş qanunsuz halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən operativ monitorinqlər nəticəsində bu günə qədər 26 protokol yazılıb, xeyli sayda obyekt sahibinə xəbərdarlıq edilib.

Ahlibeyt.az-ın xəbərinə görə, Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatında bildirilib ki, monitorinqlər sentyabrın 1-dən mədəniyyət naziri Anar kərimovun tapşırığına uyğun olaraq aparılır.

Növbəti monitorinq tədbirləri dislokasiyaya uyğun olaraq Bakı şəhəri Yasamal rayonu Azərbaycan prospektində yerləşən tarix-memarlıq abidələrini əhatə edib.

Növbəti monitorinq tədbirləri dislokasiyaya uyğun olaraq Bakı şəhəri Yasamal rayonu Azərbaycan prospektində yerləşən tarix-memarlıq abidələrini əhatə edib.

Qeyd olunub ki, Dövlət Xidməti istisna olmaqla digər heç bir qurumun tarix-mədəniyyət abidələri üzərində hər hansı təmir-bərpa işlərinin aparılması, onların üzərinə reklam və digər lövhələrin yerləşdirilməsinə icazə vermək səlahiyyəti yoxdur.

"Tarix-memarlıq abidələri ilə bağlı aparılan monitorinqlər davam etdiriləcəkdir. Bütün qanunsuz müdaxilələrin qarşısı alınacaqdır. Xəbərdarlıqlara rəğmən yol verdikləri nöqsanları aradan qaldırmayan obyekt sahiblərinə cərimələr tətbiq olunacaq və onlar barəsində hüquq mühafizə orqanlarına müraciət olunacaqdır.

Bir daha vətəndaşlarımızı, mülkiyyətində və ya icarəsində tarixi abidələr olan şəxsləri abidələrimizin, eləcə də şəhərimizin estetik görünüşünün qorunmasına və gələcək nəsillərə tam şəkildə çatdırılmasına həssas yanaşmağa çağırırıq", - məlumatda bildirilib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11956.html