إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayatullah Xamenei qadınlar arasında çıxış etdi.

 

Ali Dini Lider Həzrət Ayətullah Xameneinin rəsmi saytına verdiyi xəbərə görə Ayətullah Üzma Xamenei şənbə günü mübarək Rəcəb ayının gəlişi ərəfəsində universitet, dini elmlər hövzəsi, ailə və qadın məsələləri, icra orqanları, Quran fəaliyyətləri, media və ictimai qurumlarda fəaliyyət göstərən yüzlərlə qadını qəbul edib: Ailə strukturunun gücləndirilməsi və ev mühitində qadına hörmət bəsləmək və onu əzizləmək cəmiyyətin önəmli və təcili iki ehtiyacıdır.

Qadın barəsində islamın düşüncə əsaslarının beynəlxalq səhnəyə ötürülməsi barəsindəki mövcud geridə qalmalara toxunan Ayətullah Xamenei xatırladıb ki, “Qadın mövzusunda oyanış məktəbi sahəsində heç bir dayanma mövcud olmamalıdır”

İcra məşğuliyyətlərində qadının iştirakının eybi olmadığını söylən Ayətullah Xamenei Qərbin qadın haqqında təfəkkür tərzini də tənqid edib. İcra vəzifələrində qadınların çoxlu iştirakı ilə fəxr etmək yanlış baxış və əslində qərb dialoqu qarşısında passiv olmaqdır və fəxr etməli olan məsələ ziyalı, mədəni, siyasi və mücahid fəal qadınların sayının yuxarı olmasıdır.

İnsan baxımından qadın və kişiyə islamın eyni gözlə baxdığına toxunan Ayətullah Xamenei qeyd edib ki, İslamın baxışınca, yaranış baxımından qadın və kişinin hər biri xüsusi özəlliklərə malikdir. Lakin insani, ictimai, mənəvi dəyərlər və mənəvi təkamül baxımından heç bir fərqləri yoxdur.

Ayətullah Xamenei  qadının kəraməti, qadının izzəti, qadının fitri incəliyini islam dinində qadın dialoqunun xüsusiyyətlərindən adlandırıb. Fəal, səriştəli, alim, yazıçı və ziyalı qadınlar səhnədə ciddi və möhtəşəm iştiraka malik olmalıdırlar.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 May, 2013  15:27 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!