إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İmam Məhəmməd Baqirin (ə) mövlud günü.

Bu mövlud münasibətilə Hz.Mehdi Sahib əl-Əsr vəz-Zaman(ə.f) başda olmaqla bütün Əhli-Beyt(ə) aşiqlərini təbrik edirik.

İmam Baqir (ə) hicrətin 57-ci ilində rəcəb ayının 1-də Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynül-Abidinin (ə) olub. Atası İmam Səccadın (ə) vəfatı dönəmində (hicri 96-cı il) İmam Baqirin (ə) otuz doqquz yaşı var idi. Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur. Anası İmam Həsənin (ə) qızı Ümmü Abdullah olub. Buna görə də, İmam Baqir (ə) həm ata, həm də ana tərəfdən Həzrət Əli (ə) və xanım Zəhranın (s.ə) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (ə) hicrətin 114-cü ilində Mədinə şəhərində vəfat etmiş, məşhur Bəqi qəbiristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O, Həzrətin İmamət dövrü 18 il olmuşdur.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 May, 2013  00:53 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!