|
Elektron Təhlükəsizlik Xidməti vətəndaşların vatsap hesablarının ələ keçirilməsini müəyyənləşdiribRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən vətəndaşların vatsap hesablarının ələ keçirilməsi halları müşahidə edilir. Ahlibeyt.az-ın məlumatına görə, Nazirlikdən mətbuata verilən açıqlamada bildirilib ki, Xidmətin apardığı ilkin araşdırma nəticəsində bu halların Azərbaycanda fəaliyyət göstərən mobil operatorların şəbəkəsində mövcud olan hər hansı bir çətinliklə bağlı olmadığı müəyyənləşib. Həmçinin qurum problemin səbəbinin araşdırılması məqsədilə vatsap mobil tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkətinə müraciət edib. Bu zaman oxşar halların 80-dən çox ölkədə müşahidə edildiyi aşkarlanıb. Xidmət araşdırmanın nəticələrini beynəlxalq əməkdaşlıq çərçivəsində digər dövlətlərin analoji strukturlarına təqdim edib. Həmçinin vatsap mobil tətbiqinin şübhəli istifadəçi hesablarını bloklaması halları da müşahidə olunur. Bloklanmış istifadəçi hesabları vatsap tərəfindən 24 saat ərzində nəzərdən keçirilir və hər hansı şübhəli hal aşkarlanmadıqda tətbiq edilmiş məhdudiyyət aradan qaldırılır. Vətəndaşlara vatsap mobil tətbiqində mövcud hesabların təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmək tövsiyə edilir. Belə hallarla qarşılaşan şəxslərdən xahiş olunur ki, “1654” Qaynar xətti, “www.cert.az” saytı və ya “reports@cert.az” e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər. Hazırda məsələ ilə əlaqədar səlahiyyətli qurumlarla birlikdə araşdırma davam etdirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Sentyabr, 2022 08:30 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |