|
|
Bakıda “Bilik” kitab sərgi-yarmarkası keçiriləcəkBilik Günü ərəfəsində – sentyabrın 9-dan 11-dək paytaxtın Nizami rayonundakı Heydər Əliyev adına parkda “Bilik” kitab sərgisi keçiriləcək. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək sərgi bu yaxınlarda yol qəzası nəticəsində həyatını itirən “Bakumoz” kitab evinin sahibi, ANAİB-in kitabçı yoldaşı Nurəddin Məmmədlinin xatirəsinə ithaf edilir. Sərgidə məktəbli ləvazimatı, test topluları, çantalar, həmçinin bədii əsərlərin satışı olacaq. Sərgidə iştirak edəcək 24 nəşriyyat və mağaza öz məhsullarına 80 faizədək endirimlər nəzərdə tutub. Sərgi çərçivəsində həmçinin yazıçıların imza saatları, əyləncəli şou-proqramlar, şeir saatları, canlı musiqi, ustad dərsləri və s. tədbirlə təşkil olunacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Sentyabr, 2022 13:07 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |