|
|
Prezident hərbi xidmətə növbəti çağırışla bağlı sərəncam imzalayıbPrezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Ahlibeyt.az xəbər verir ki, sərəncamla 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2022-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2022-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Sentyabr, 2022 09:19 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |