|
|
Tehsilim.edu.az portalında kursların tədrisinin təşkil olunması üçün tyutorlar axtarılırTehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan tədqiqat, biznes və innovasiya ilə bağlı kursların tədrisinin təşkil olunması üçün tyutorlar axtarılır. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasın Təhsil İnstitutunun (ARTİ) məlumatında bildirilib. Qeyd olunan platformada Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ARTİ tərəfindən həyata keçirilən “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində yaradılan “Elmi işlərin yazılması və nəşri”, “Tədqiqat metodologiyası, təcrübələr və layihələr”, “Verilənlərin toplanması, təhlili və idarə edilməsi”, “Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma” və “Sahibkarlıq təhsili və startap” kimi kurslar yer alır. ARTİ hal-hazırda qeyd olunan e-kursların məzmununun təkmilləşdirilməsi və onların tədrisinin təşkilində yer ala biləcək tyutorlar axtarışındadır. Namizədlərə dair tələblər:
Vəzifə öhdəlikləri:
Tyutorlardan e-kursların təşkil və tədrisində iştirak etmək üçün 3 ay ərzində həftəlik 5 saat vaxt tələb olunacaq. Maraqlanan şəxslərdən öz CV-lərini tyutor olmaq istədikləri kursun adını başlıqda qeyd etməklə innovations@arti.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd edək ki, yalnız müsahibə mərhələsinə keçmiş şəxslərlə əlaqə saxlanılacaq. Müraciət üçün son tarix: 10 sentyabr
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Avqust, 2022 10:16 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |