|
|
“Dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda tədbir keçirilib FOTOAvqustun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə bölgələrdə “Dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda silsilə tədbirlər keçirilib. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Dövlət Komitəsinin məlumatında bildirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda seminar keçirilib. Qusar rayonunun Hil kənd məscidində keçirilən tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Rayon İcra Hakimiyyəti başçısının Hil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Yafəs Qurbanov, Qafqaz Müsəlmanları İdarəsinin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov və kənd sakinləri iştirak ediblər. Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti, eləcə də yaratdığı fəsadlar barədə məlumat verilib. Bu istiqamətdə görülən mübarizə tədbirlərindən bəhs olunub. Həmçinin Azərbaycanın tolerant, multikultural dəyərlərlə zəngin bir ölkə olduğu diqqətə çatdırılıb. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb və mövzu üzrə müzakirələr aparılıb. *** Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Ağdaş rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Sülh Aylığı” çərçivəsində “Dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Ağdaş Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Səbuhi Musayev, rayon Gənclər və İdman İdarəsinin kollektivi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyinin əməkdaşları, icma sədrləri, eləcə də rayonun fəal gəncləri iştirak ediblər. Çıxışlarda dini radikalizmin mahiyyətindən, törədə biləcəyi təhlükələrdən bəhs olunub. Qeyd edilib ki, istənilən ölkədə dini radikalizm və ekstremizmin əhatə dairəsinin genişlənməsi həmin ölkədə ictimai-siyasi sabitliyi poza, milli təhlükəsizlik risklərini artıra bilər. O da vurğulanıb ki, Azərbaycanda dini durum sabitdir. Sonda tədbir qarşılıqlı müzakirələrlə davam edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Avqust, 2022 08:30 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |