|
|
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltifFOTO olunubAvqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevi qarşılayıb. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü olub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi salamlayan Prezident İlham Əliyev dedi: Hörmətli cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əminəm ki, səfəriniz çox uğurlu keçəcək və Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxacaqdır. Sizin səfərinizə çox böyük önəm veririk. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Bir daha xoş gəlmisiniz. Görüş zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib: İlk növbədə göstərilən qonaqpərvərliyə görə Sizə təşəkkür etmək istəyirəm. Qazaxıstanın Prezidenti kimi Sizin ölkənizə ilk dəfə rəsmi səfərə gəlməyimə şadam. Əlbəttə, bugünkü səfər mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Bugünkü danışıqların yekunlarına əsasən bir sıra sənədlər imzalanacaq. Əminəm ki, həmin sənədlər ikitərəfli əməkdaşlığı, Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə çatdıracaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni təqdim olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Avqust, 2022 13:24 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |