إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Xamenei Peyğəmbərə (s) edilən hörmətsizliyə qarşı tədbirlər planını açıqlayıb

Ayətullah Seyid Əli Xamenei İslam müqəddəslərinə, xüsusilə Həzrət Peyğəmbərə (s) hörmətsizlik edənlərin qarşısını almaq üçün yollar təklif edib

Ayətullah Seyyid Əli Xamenei İslam müqəddəslərinə, xüsusilə Həzrət Peyğəmbərə (s) hörmətsizlik edənlərin qarşısını almaq üçün yollar təklif edib.

Ayətullah Xameneinin rəsmi saytının verdiyi xəbərə görə, o bildirib, dünyada baş verənlər, islam ölkələrinin işğal edilməsi, müsəlmanların qanlarının axıdılması aydın şəkildə göstərir ki, bu hörmətsizliklərin arxasında ABŞ və sionistlər dayanır.

Ayətullah Xamenei bu halların təhlükəli nəticələri ola biləcəyinə işarə edərək 6 bənddən ibarət tədbirlər planı açıqlayıb:

1. Peyğəmbərin (s) həyat tərzi və kəlamlarına yeniden diqqət yetirmək.

2. İslamin həqiqi çöhrəsini tanıdaraq, onun qorxulu və radikal olduğu barədə yaradılan təsəvvürləri aradan qaldırmaq.

3. İslam düşmənlərinə qarşı Həzrət Peyğəmbərin (s) ətrafında müsəlmanların vəhdətini təmin etmək.

4. Baş verən hadisələrin pərdəarxası məqamlarına diqqət yetirmək.

5. Müsəlmanlar və xristianlar arasında yarana biləcək hər növ münaqişədən uzaq olmaq.

6. Bu cinayələri törədənlərə qarşı hüquq çərçivəsində mübarizə aparmaq, onların cəzalandırılmasını tələb etmək.

 

haqqyolu.com

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Sentyabr, 2012  00:17 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!