|
|
“ANAMA” sənədli filminin çəkilişləri yekunlaşıbC.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında şərti adı “ANAMA” olan sənədli filmin çəkiliş mərhələsi artıq yekunlaşıb. Ahlibeyt.az xəbər verir ki, bu barədə APA -ya Kinostudiyadan məlumat verilib. Bildirilib ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan film işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesini həyata keçirən fədakar minatəmizləyənlərin həyatından bəhs edir. Filmin qəhrəmanları minaaxtaranlardır, onlar öz həyatlarını təhlükəyə ataraq azad olunan ərazilərə təhlükəsiz həyatın gəlməsi üçün çalışırlar. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) filmə təşkilati dəstək göstərir. Filmin rejissoru və ssenari müəllifi Murad İbrahimbəyov, operatoru Nadir Mehdiyev, icraçı prodüseri Tofiq Musayev, prodüseri isə Nazim Hüseynovdur. Ekran əsərinin ilin sonunadək geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Avqust, 2022 10:11 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |