إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Hicazın vahhabi alim və müftilərinin sükutunu anlaya bilmirəm

Ayətullahul-Üzma Şeyx Məkarim Şirazi sentyabr ayının 19-da yeni dərs ilinin başlanğıcında öz xaric dərsinin ilk günüdə Hz.Məhəmmədi(s) təhqir edən filmə toxunub.

Şeyx Məkarim Şirazi bildirib ki, Hz.Məhəmmədi(s) təhqir edən filmi hazırlayanlara və onları himayə edənlərə yəni ABŞ və sionistlərə dünyada nifrət gündən günə artmaqdadır. ABŞ və sionistlərə etirazlar bir çox ölkələrdə keçirilir ki, belə etirazların ən möhtəşəmi Seyyid Həsən Nəsrullahın başçılığı ilə Livanın cənubunda edilmişdir ki, səsi dünyanı bürümüş oldu.

Film yayımlandıqdan sonra ancaq barəsində eşitmişdim deyən mərcei-təqlid deyib ki, daha sonra bəzi hissələrinə baxdıqdan sonra həmin filmin təsəvvür edilməz həddə çirkin olduğunu gördüm. Nə qədər çirkinlik varsa, hamısını həmin filmdə insanların əşrəfinə(s), onun əshabına və xanımlarına şamil etmişlər.

Bu film Salman Rüşdinin(l) yazdığı kitabdan daha betərdir deyən Şeyx Məkarim Şirazi deyib ki, mən əminəm ki, əgər rəhmətlik İmam Xomeyni sağ olsa idi Salman Rüşdi barədə verdiyi hökmü bu filmin yaradıcıları barədə də verərdi.

Müsəlman alimlərini və siyasətçilərini beynəlxalq qurumlarda Allahın peyğəmbərlərini(s) və bütün dinlərin müqədəssatlarını təhqir etməyə yasaqlayan qanunun qərar edilməsi yönündə səy göstərməyə çağıran Quran müfəssiri bu filmə etiraz etməyən vahhabi alimlərini qınayaraq məgər Hz.Məhəmməd(s) sizin də peyğəmbər deyilmi sualını ünvanlayaraq onların bu filmə sükutlarını anlaya bilmədiyini deyib.

Ayətullah Məkarim Şirazi ABŞ-ın Holokost barədə bir söz deyəni cəzalandırdığı halda bu filmə azad söz və fikir adı altında yanaşmasını qınayaraq ABŞ-ın bu addımını səfeh və əxlaqsız addım kimi dəyərləndirib.

Ayətullah Məkarim Şirazi həmçinin Türkiyə hökümətinin rəhbərlərinə də bir neçə tövsiyədə bulunub. O deyib ki, ABŞ və sionistlərlə əlbir olmaqdan əl çəkin. Yoxsa onlar kimi dünya müsəlmanlarında sizə qarşı da nifrət oyanmış olar. Axı siz sionistlərlə düşmən mövqedə idiniz. Nə səbəb oldu ki, fikrinizi 180 dərəcə dəyişdiniz söyləyən mərcei-təqlid deyib ki, onlar sizə hər nə imtiyaz verməklərinə baxmayaraq bu sizin müsəlman dünyasında nifrət qazanmağınıza dəyməz. Bizim sizə qarşı isti münasibətimiz var və istəmirik ki, bu hal baş vermiş olsun.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Sentyabr, 2012  05:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!