|
|
Şuşadakı abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və dayandırılması qaydası təsdiqlənib“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti” təsdiqlənib. Ahlibeyt.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Bu Qərara əsasən “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və Şuşa şəhərinin ərazisində yerləşən tarix və mədəniyyət abidələrinə (bundan sonra – abidə) təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmununu, habelə təhlükənin aradan qaldırılması tədbirlərini, onların həyata keçirilməsi qaydasını və müddətini müəyyən edir. Bununla da Şuşa şəhərinin hüdudları daxilində Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqi tənzimləmənin tətbiqinə zəmin yaradılmış olur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Avqust, 2022 08:14 ⁄ Çap
Bu bölmədə2 Avqust, 2026 Ərbəin gününün əməlləri27 May, 2026 Qurban bayramınız mübarək9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |