|
Mənəvi Dəyərlərin Təbliği Fondu “Qurani-Kərim” hafizləri arasında müsabiqə elan edirDini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Azərbaycan İlahiyyat İnstitutu və Şamaxı rayonu Göylər kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə Qurani-Kərim hafizləri arasında Vətən müharibəsi şəhidi hafiz Elgün Quliyevin xatirəsinə həsr edilmiş müsabiqə elan edilir. Ahlibeyt.az-ın xəbərinə görə, Fondun mətbuat xidmətinin məlumatında bildirilib ki, iki mərhələdən ibarət olacaq müsabiqənin 1-ci mərhələsi Bakı, 2-ci (final) mərhələsi isə Şamaxı şəhərində keçiriləcək. 1-ci mərhələdə müvəffəqiyyət qazanmış 15 nəfər arasında final yarışması təşkil olunacaq. Finalda ən yüksək göstəricilərə malik olan 5 nəfər müsabiqənin qalibi elan olunacaq. Qeyd edək ki, müsabiqə “Qurani-Kərim”in 30-cu cüzü əsasında təşkil olunacaq. Müsabiqədə iştirak üçün kriteriyalar: • Yaşı 16-dan 30-dək olan şəxslər Müsabiqə şərtləri: • Xətasız qiraət etmək • Təcvid qaydalarına riayət etmək • Gözəl oxunuşa (hüsnül-əda) riayət etmək QEYD: Müsabiqədə iştirak etmək istəyən şəxslərdən şəxsiyyət vəsiqəsinin surətini, mobil nömrə və yaşadığı yer (yaşadığı şəhər və ya rayonun adı) haqqında məlumatları mdtf.press@gmail.com ünvanına göndərmələri xahiş olunur. Mükafat: I yer – 1000 AZN II yer – 800 AZN III yer – 600 AZN IV yer – 500 AZN V yer – 400 AZN Müsabiqəyə sənəd qəbulunun müddəti: 8 – 31 avqust 2022-ci il 1-ci mərhələnin keçiriləcəyi tarix: 6-8 sentyabr 2022-ci il Final mərhələsinin keçiriləcəyi tarix: 16 sentyabr 2022-ci il Əlaqə: Tel: (012) 436 98 54; Mob: 055 228 49 80 E-mail: mdtf.press@gmail.com Ünvan: Bakı şəhəri, Ə.Naxçıvani küç., 29
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Avqust, 2022 16:05 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |