إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Müsəlman Hz.Məhəmmədin(s) təhqir edilməsinə biganə qala bilməz

Hz.Məhəmmədi(s) təhqir edən filmə nəhayət ki, Azərbaycanda da etiraz aksiyası keçirildi. Amma bu cızmaqaranı yazmağıma səbəb aksiyanın özü deyil, ona olan yanaşmalardır ki, qısaca işarə etmək istəyirəm.

Hələ aksiya keçirilməmişdən bilirdim ki, bu aksiya keçirilən kimi özünü hamıdan ağıllı hesab edənlər dərhal bu aksiyanı pisləyəcəklər.

Bəziləri deyirlər ki, bu filmə sivil qaydada da etiraz etmək olardı. Heç kim bu kimi tədbirlərin keçirilməyəcəyini bildirməyib. Çünki bu xəmir hələ çox su aparacaq. O ki qaldı aksiyaya, aksiyanın qeyri-sivil qaydada keçirildiyinə dair bir dənə sübut belə yoxdur. Hətta deyərdim ki, aksiyanı keçirməyə heç polis imkan verdi ki, deyəsən bu aksiya vəhşiliklərlə yaxud sivilliklə yadda qaldı.

Deyə bilərlər ki, aksiyada ABŞ və İslam düşmənlərinə ölüm şüarları səsləndirilib. Və bu artıq aksiyanın qeyri-sivil olmasını göstərir. Cavab olaraq deyək ki, əlbəttə heç kimin əlində dəlil yoxdur ki, bu filmi maliyyələşdirən yaxud sifariş edən ABŞ hökümətidir. Amma 1 milyarddan artıq müsəlmanın müqəddəsatını təhqir edən filmi söz və fikir azadlığı adı altında müdafiə etmək birbaşa nifrəti ABŞ hökümətinə qarşı yönəldir. Çünki həmin ölkədə bəzi məsələlərə, o cümlədən, Holokosta və seksual azlıqlara qarşı edilən təhqir dərhal hökümət tərəfindən pislənilir. Bir çox hallarda isə bu təhqiri edənlər cəzalandırırlar.

Hz.Məhəmmədi(s) təhqir edən filmin heyəti də başda direktor olmaqla ABŞ vətəndaşları olduğundan müsəlmanlar ABŞ hökümətindən həmin şəxslərin cəzalandırılmasını gözləyirlər. Bunun əvəzinə isə ABŞ höküməti qeyd etdiyim kimi söz və fikir azadlığı tezisini ortaya atır ki, müsəlmanlar məhz bu səbəbdən ABŞ hökümətini bu cinayətdə günahlandırırlar. Düzünü desəm fikrimcə dərindən araşdırılma aparılsa bu filmin arxasında məhz ABŞ hökümətində təmsil olunanların dayandığını da müşahidə etmək olar.

Digərləri xristianları misal gətirərək deyirlər ki, onların müqəddəsatı Avropada hər gün təhqir olunur amma onlar tolerant yanaşaraq buna etiraz etmirlər. Müsəlmanlar da artıq bu kimi şeylərə səbrlə yanaşmalıdırlar. İlk baxışdan bu söz çox ağıllı və müdrik görsənir. Amma bir az araşdırılma aparılsa bu sözlərin çox çürük və təhlükəli olduğunu görmək mümkündür.

İlk öncə ona görə ki, xristian dünyasında xristianlıqdan əsər-əlamət demək olar ki, qalmayıb. Çünki bu günün xristian dünyasına liberal-demokrat tərzi-təfəkkürü hakimdir ki, həmin tərzi-təfəkkür xristianlığın özü ilə ziddiyyət təşkil etməkdədir. Bu gün Qərbdə mənəviyyat yəni xristianlıq əldən getdiyinə görə Qərbin dünyadakı maraqları yalnız maddi maraqlarla ölçülür. Və başda Vatikan olmaqla uzaqgörən qərblilər mənəviyyatın əldən getdiyini bar-bar bağırmaqdadırlar. Bunların hamısı isə məhz onlara sırıdılan tolerantlıq ideyasının yeridilməsi ilə əlaqədardır. Elə ona görədir ki, bu gün avropalı prezervativin üzərində Hz.İsanın(ə) və yaxud Roma Papasının olmasına və yaxud pornoqrafik jurnallarda Hz.İsa(ə) obrazını fahişə ilə yanaşı verməyə sükutla yanaşır. Eyni hal əgər İslam dünyasında baş verərsə, İslamla yanaşı hər bir şeyə fatihə vermək olar. Çünki İslam dünyasında yaşayan xalqların mənəviyyat dəyərləri tamamilə dinlə bağlıdır. Və əgər bu müsəlmanların əlindən alınarsa, onların başına istənilən oyunu açmaq olar. Elə bu səbəbdəndir ki, bəzi mətbu orqanlar Hz.Məhəmmədi(s) təhqir edən filmi “Hz.Məhəmmədə(s) təhqir hesab edilən film” kimi tanıtdırmağa çalışırlar. Burada sual ortaya çıxır – bəs təhqir nə cür olur axı? Niyə axı müsəlmanları məhz buna məcbur etmək istəyirsiz ki, müqəddəsata olunan təhqirə tolerant yanaşsın? Axı bu məqəsdiniz arxasında hansı planlar durur?

Bundan başqa bu sözləri təbliğ edənlərin özlərinə və yaxud ailə üzvlərinə qarşı filmdə edilən təhqirlər ünvanlanarsa, dünyanı bir-birinə qatarlar. Bu zaman dedikləri tolerantlıq keçər arxa plana və yerdə ancaq qisas almaq qalar.

Burada maraqlı bir sual ortaya çıxır. Axı nəyə görə müsəlmanlar analarından və atalarından da ən dəyərli və üstün şəxsin təhqir edilməsinə sükutla yanaşmalıdırlar? Hər bir kəs üçün onun valideyni müqəddəsdir və onlara qarşı uzanan əli kəsməyə hazırdır. Müsəlmanların etiqadı isə budur ki, Hz.Məhəmməd(s) onlar üçün ata və analarından daha da üstündür. Yəni necə ki, bir şəxs öz valideynini təhqir edənə sərt cavab verərsə, o cür də müsəlmanlar Hz.Məhəmmədə(s) qarşı edilən təhqirlərə etiraz edəcəklər.

Sonda bir daha qeyd edirik ki, əgər müsəlmanlar ABŞ höküməti tərəfindən dünyada yaşayan 1 milyard müsəlmanı demirəm, elə öz ölkəsinin vətəndaşı olan 7 milyon müsəlmanın heysiyyatına toxunan filmi ərsəyə gətirənlərə qarşı tədbir tökür ABŞ hökümətini günahlandırmazdılar. Və bütün bu etirazlar Qərbin özündə belə hər gün keçirilən normal ertirazlardan fərqlənməzdi. Hələ ki, ABŞ höküməti bu filmi ərsəyə gətirənlərə qarşı heç bir tədbir görmür. Bu isə müsəlmanlarda onlara qarşı nifrətin daha da artmasına səbəb olur.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Sentyabr, 2012  01:17 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!