إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Məhəmməd(s) peyğəmbəri müdafiə etmək bütün peyğəmbərləri(ə) və dinləri müdafiə etməkdir

Sentyabr ayının 16-da axşam "əl-Mənar" telekanalında canlı yayımda çıxış edən Seyyid Həsən Nəsrullah müsəlmanların müqəddəsatını təhqir edən "Müsəlmanların məsumluğu" filmini sərt tənqid edərək müsəlmanları Hz.Məhəmmədi(s) müdafiə etməyə səsləyib.

Seyyid Həsən Nəsrullah öz çıxışında bildirib ki, gərək bütün müsəlman ölkə və şəhərlərində müsəlmanlar bu filmə etiraz olaraq küçələrə çıxsınlar və bununla müsəlman olmayan ölkələr dərk etsinlər ki, onların müsəlman ölkələrindəki mənafeləri müsəlmanların müqəddəsatına hörmətlə yanaşmalarından asılıdır.

İraq hökümətini ərəb ölkələri başçılarını təcili cəm etməyə səsləyən Seyyid Həsən Nəsrullah həmin iclasda Hz.Məhəmmədi(s) təhqir edən filmin pislənilməsinə dair müzakirələr aparılmasını istəyib.

Bu təhqirin qarşısında susmağın böyük zərərlər verəcəyini bildirən Seyyid Həsən Nəsrullah daha sonra deyib ki, bu filmlə xristianlar və müsəlmanların arasını vurmaq istəyirlər. O deyib ki, amma bu filmin günahı xristianların deyil, ABŞ hökümətinin boynundadır. Çünki həmin film ABŞ-da ərsəyə gətirilib və ABŞ söz və fikir azadlığı adı altında müsəlmanların müqəddəsatını təhqir edən filmin yayımlanmasının qarşısnı almır.

Müsəlmanların öz haqqlarını müdafiə etməyə tam hüquqları çatır deyən Seyyid Həsən Nəsrullah İsrailə və Holokosta qarşı hər hansı bir fikir söyləyənin ABŞ-da təqib olunduğu bildirərək deyib ki, bu onların ikiüzlü siyasətinin bariz nümunəsidir.

Belə təhqirlərin qarşısında susmağın yolverilməz olduğunu bildirən Hizbullah lideri deyib ki, gərək bütün dünya görsün ki, Hz.Məhəmmədin(s) ardıcılları elə kəslərdir ki, Ona qarşı edilən təhqirin müqabilində susmurlar. Və əslində Hz.Məhəmmədin(s) müdafiəsi elə bütün dinləri və peyğəmbərləri(ə) müdafiə etməkdir.

Beynəlxalq institutları İslam dinini, Hz.Məhəmmədi(s) və ümumiyyətlə bütün dinləri və peyğəmbərləri(ə) təhqir edənlərə qarşı qanun hazırlamağa səsləyən Seyyid Nəsrullah bunun tarixi bir borc olduğunu bildirib. O həmçinin ABŞ konqresindən müsəlmanların müqəddəsatını təhqir edən qanunun hazırlanmasını da istəyib.

Bu hörmətsizliyin əl-Əqsa məscidinin yandırılmasından və Suriyada baş verən hadisələrdən daha ürəkyandırıcı olduğunu söyləyən Hizbullah baş katibi həmin hadisələrə görə ərəb və müsəlman liderlərin dərhal bir yerə toplaşaraq qətnamə və qərarlar qəbul etdiklərini xatırladıb və deyib ki, bu hörmətsizlik qarşısında bu sükut təəccüb doğurur. Halbuki bu hörmətsizlik onlara qarşı edilmiş olsa idi çox işlər görərdilər.

Seyyid Həsən Nəsrullah çıxışında həmçinin Livan xalqını bu təhqir müqabilində sükut etməməyə səsləyərək sabahdan başlayaraq Livanın müxtəlif şəhərlərində aksiyalar keçirməyə çağırıb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Sentyabr, 2012  05:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!