|
• DünyadaTürkiyə terror fəaliyyətində iştirak etmiş 9 min silahlını ərazisindən çıxarıb
2011-ci ildən Türkiyədə terror fəaliyyətində iştirak etmiş 102 müxtəlif ölkədən olan 9 min silahlı deportasiya edilib. Ahlibeyt.az-ın məlumatına görə,Report "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi yanında Miqrasiya Xidməti məlumat yayıb. Deportasiya edilən əcnəbilər arasında ABŞ və Avropa İttifaqı ölkələrinin 1 168 vətəndaşı var. “Aİ ölkələri Türkiyədən deportasiya edilən muzdluların sayına görə liderdir. Təkcə 2019-cu ildə Aİ-nin 12 ölkəsinin 126 vətəndaşı Türkiyədən deportasiya olunub", - nazirlikdən bildirilib. Bu ilin ilk 7 ayında Aİ-nin 6 ölkəsinin 20 vətəndaşı Türkiyədən çıxarılıb. 2019-cu ildən sonrakı dövrdə deportasiya edilən silahlıların sayında ilk yerləri Fransa, Almaniya, Niderland, Belçika, Finlandiya, Rumıniya, İsveç və Avstriya vətəndaşları tutur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Avqust, 2022 09:23 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |