3 Avqust, 2022
Türkiyə terror fəaliyyətində iştirak etmiş 9 min silahlını ərazisindən çıxarıb

 

2011-ci ildən Türkiyədə terror fəaliyyətində iştirak etmiş 102 müxtəlif ölkədən olan 9 min silahlı deportasiya edilib.

Ahlibeyt.az-ın məlumatına görə,Report "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi yanında Miqrasiya Xidməti məlumat yayıb.

Deportasiya edilən əcnəbilər arasında ABŞ və Avropa İttifaqı ölkələrinin 1 168 vətəndaşı var.

“Aİ ölkələri Türkiyədən deportasiya edilən muzdluların sayına görə liderdir. Təkcə 2019-cu ildə Aİ-nin 12 ölkəsinin 126 vətəndaşı Türkiyədən deportasiya olunub", - nazirlikdən bildirilib.

Bu ilin ilk 7 ayında Aİ-nin 6 ölkəsinin 20 vətəndaşı Türkiyədən çıxarılıb.

2019-cu ildən sonrakı dövrdə deportasiya edilən silahlıların sayında ilk yerləri Fransa, Almaniya, Niderland, Belçika, Finlandiya, Rumıniya, İsveç və Avstriya vətəndaşları tutur.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11628.html