|
|
Azərbaycanın domenində saytların sayı 7% artıb - CƏDVƏLBu ilin iyulun 1-nə olan məlumatına görə, Azərbaycanın milli domen zonasında (".az") 39 626 internet resursu qeydə alınıb. Ahlibeyt.az xəbər verir ki, APA-Economics"in "WHOIS" portalının hesabatı əsasında apardığı hesablamalara görə, bu ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 7,2% çoxdur. Qeydə alınan saytların ümumi sayının 37 019-u birinci səviyyəli domen zonasına aiddir ki, bu da bir il öncəki göstəricini 7,1% üstələyir. Ən məşhur ikinci səviyyəli domen ".com.az"dır. Bu domendə qeydiyyat sayı illik ifadədə 3,9% artaraq 1408 sayt təşkil edib. Populyarlığına görə üçüncü yerdə ".edu.az" domeni qərarlaşıb. Bu domendə iyulun 1-nə olan məlumata görə 552 sayt qeydiyyatdan keçib ki, bu da ötən ilin göstəricisindən 15% çoxdur. Digər domen zonalarında qeydiyyatdan keçən saytların pay bölgüsü:
Qeyd edək ki, ".az" milli domen zonası rəsmi olaraq 25 avqust 1993-cü ildə fəaliyyətə başlayıb. Bu domenin qeydiyyat haqqı və illik texniki dəstək xərci 20 manat təşkil edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyul, 2022 17:15 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |