
Bu ilin iyulun 1-nə olan məlumatına görə, Azərbaycanın milli domen zonasında (".az") 39 626 internet resursu qeydə alınıb.
Ahlibeyt.az xəbər verir ki, APA-Economics"in "WHOIS" portalının hesabatı əsasında apardığı hesablamalara görə, bu ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 7,2% çoxdur.
Qeydə alınan saytların ümumi sayının 37 019-u birinci səviyyəli domen zonasına aiddir ki, bu da bir il öncəki göstəricini 7,1% üstələyir.
Ən məşhur ikinci səviyyəli domen ".com.az"dır. Bu domendə qeydiyyat sayı illik ifadədə 3,9% artaraq 1408 sayt təşkil edib.
Populyarlığına görə üçüncü yerdə ".edu.az" domeni qərarlaşıb. Bu domendə iyulun 1-nə olan məlumata görə 552 sayt qeydiyyatdan keçib ki, bu da ötən ilin göstəricisindən 15% çoxdur.
Digər domen zonalarında qeydiyyatdan keçən saytların pay bölgüsü:
Domen |
Qeydiyyatdan keçən saytların sayı |
pro.az |
10 |
name.az |
13 |
pp.az |
21 |
int.az |
28 |
biz.az |
30 |
net.az |
93 |
info.az |
126 |
co.az |
157 |
org.az |
169 |
Qeyd edək ki, ".az" milli domen zonası rəsmi olaraq 25 avqust 1993-cü ildə fəaliyyətə başlayıb. Bu domenin qeydiyyat haqqı və illik texniki dəstək xərci 20 manat təşkil edir.