|
• DünyadaİƏT-in Bakıda keçiriləcək Turizm Nazirlərinin İslam Konfransının XI sessiyasının gündəliyi açıqlanıbİslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ciddədəki Baş katibliyi iyunun 27-29-da Bakıda keçiriləcək Turizm Nazirlərinin İslam Konfransının XI sessiyasının gündəliyini açıqlayıb. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Yerli icmaların turizmin inkişafında rolu” mövzusunda təşkil olunacaq üçgünlük tədbirdə İƏT-ə üzv ölkələrdə turizm sektorunun inkişafının yol xəritəsi, COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin beynəlxalq turizmin inkişafına təsiri məsələləri müzakirə olunacaq. Sessiyada, həmçinin İƏT-in Baş katibinin təşkilatın Turizm Proqramının icrası, “İƏT Turizm Şəhəri”nin illik qeyd olunmasının qiymətləndirilməsi və bütün il boyu davam edən tədbirlərin kütləviliyinin təmin edilməsinə dair hesabatı dinləniləcək. Eyni zamanda, 2023-cü və 2024-cü illər üçün “İƏT Turizm Şəhəri” mükafatının yeni qaliblərinin seçilməsi qaydaları ətrafında fikir mübadiləsi aparılacaq. İclasda İƏT-ə üzv dövlətlərin bir çoxunun uyğun qurumları tərəfindən bəzi turizm layihələrində əldə edilmiş irəliləyişlərə toxunulacaq, İƏT turizm yarmarkalarının təşkili sahəsində perspektivlər, turizmin müxtəlif sahələrinin uğurlu təşkili ilə bağlı qarşıda duran vəzifələr müzakirə ediləcək, habelə birgə yarmarkaların təşkili üçün strategiyanın hazırlanması məsələsinə baxılacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 İyun, 2022 09:46 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |