İmam Cəfər Sadiq əleyhissalam buyurur:
- Cənnəti qazanmağın yolunu axtardım, onu səxavətli olmaqda tapdım.
- Sağlamlıq və salamatlığın yolunu axtardım, onu guşənişin olmaqda tapdım.
- Əməl tərəzisində yaxşı əməllərimin ağır olmasının yolunu axtardım, onu “la ilahə illallah, Muhəmmədun rəsulullah” zikrində tapdım.
- Cənnətə sürətlə və tez girməyin yolunu axtardım, onu bütün işləri Allaha xatir etməkdə tapdım.
- Ölümü sevməyin yolunu axtardım, onu mal-dövlətdən Allahın razılığını qazanmağa xatir ehtiyaclı olanlara bəxşiş etməkdə tapdım.
- İbadətin şirinliyinin yolunu axtardım, onu günah etməməkdə tapdım.
- Qəlbin incəliyinin yolunu axtardım, onu aclıq və susuzluqda (oruc tutmaq, ya az yeməkdə) tapdım.
- Qəlbin nurlu olmasının yolunu axtardım, onu düşünmək və ağlamaqda tapdım.
- Sirat körpüsünü asan keçməyin yolunu axtardım, onu sədəqə verməkdə tapdım.
- Üzümün nurlu olmasının yolunu axtardım, onu gecə namazı qılmaqda tapdım.
- Cahad və çalışmağın üstününü axtardım, onu ailəm üçün ruzi qazanmaqda tapdım.
- Allahın məni sevməsinin yolunu axtardım, onu günahkarlarla düşmən olmaqda tapdım.
- Böyüklük və başçılığın yolunu axtardım, onu insanların xeyirini istəməkdə və onları nəsihət etməkdə tapdım.
- Qəlbimin rahatlığının yolunu axtardım, onu az sərvətə malik olmaqda tapdım.
- İşlərin ən üstününün yolunu axtardım, onu səbr etməkdə tapdım.
- Şərafətli və hörmətli olmağın yolunu axtardım, onu elm öyrənməkdə tapdım.
- Həqiqi ibadəti axtardım, onu pərhizkarlıqda və şübhəli şeylərdən uzaq olmaqda tapdım.
- Rahatlıq və asayişin yolunu axtardım, onu dünyaya bağlı olmamaqda tapdım.
- Ucalıq və alicənablığın yolunu axtardım, onu təvazökar olmaqda tapdım.
- Əziz və hörmətli olmağın yolunu axtardım, onu doğruçuluqda və düzgünlükdə tapdım.