|
XİN Azərbaycan nümayəndəsinin BMT-də komitə üzvü seçilməsinə dəstək verən dövlətlərə təşəkkür edibİyunun 23-də Nyu-York şəhərində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiyasına tərəf dövlətlərin 22-ci iclası çərçivəsində BMT-nin Qadınlara qarşı Ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib. Ahlibeyt.az-ın XİN-in mətbuat xidmətinə istinadən xəbərə görə, seçkilərdə Komitədə mövcud olan 12 vakant yer uğrunda 23 ölkənin namizədi, o cümlədən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri, BMT-nin sözügedən Komitəsinin hazırda üzvü və sədr müavini olan Elgün Səfərov mübarizə aparıb. 187 dövlətin iştirak etdiyi səsvermədə Azərbaycan namizədi 109 səs toplayaraq Komitənin növbəti müddətə yenidən üzvü seçilib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan nümayəndəsinin bu mötəbər quruma seçilməsinə dəstək vermiş bütün dövlətlərə öz minnətdarlığını bildirib. Qeyd edək ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi BMT-nin müvafiq konvensiyasının müddəalarının tərəf dövlətlər tərəfindən yerinə yetirilməsinin monitorinqini aparır və qlobal səviyyədə insan hüquqlarının müdafiəsi sahəsində başlıca beynəlxalq mexanizmlərdən biri hesab edilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyun, 2022 09:32 ⁄ Çap
Bu bölmədə26 İyun, 2022 Bütün işləri Allahın adı ilə başlamaq25 İyun, 2022 Xaricdə təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün sənəd qəbulunun vaxtı uzadılıb24 Sentyabr, 2021 Hacı Şahin Həsənli:Cümə xütbəsi(Audio-Video) |
Xəbər lenti
30 İyun, 2022 07:00
29 İyun, 2022 19:16
29 İyun, 2022 18:45
29 İyun, 2022 08:20
27 İyun, 2022 13:39
|
© 2022 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |