|
• DünyadaVI Xəzər Sammitinin keçiriləcəyi tarix açıqlanıb
VI Xəzər Sammiti iyunun 29-da Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçiriləcək. Ahlibeyt.az-ın xəbərinə görə, İyunun 28-də Türkmənistanın paytaxtında Xəzəryanı dövlətlərin XİN başçılarının müşavirəsi keçiriləcək. Müşavirə iştirakçıları ayın 29-da keçiriləcək VI Xəzər Sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər. Bu barədə çərşənbə günü RF XİN-in nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib: “Aşqabadda keçiriləcək XİN Şurasında Xəzərdə əməkdaşlıq və prezidentlərin qarşıda duran görüşünə hazırlıq çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinin müzakirə ediləcəyi planlaşdırılır”. Daha əvvəl tədbirin 2021-ci ildə keçirilməsi planlaşdırılsa da, sonradan bu tarix dəyişdirilmişdir. Xatırladaq ki, Xəzəryanı ölkələrin liderlərinin bundan əvvəlki sammiti 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində keçirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 İyun, 2022 09:00 ⁄ Çap
Bu bölmədə29 İyun, 2022 Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib VIDEO26 İyun, 2022 İƏT-in Bakıda keçiriləcək Turizm Nazirlərinin İslam Konfransının XI sessiyasının gündəliyi açıqlanıb |
Xəbər lenti
30 İyun, 2022 07:00
29 İyun, 2022 19:16
29 İyun, 2022 18:45
29 İyun, 2022 08:20
27 İyun, 2022 13:39
|
© 2022 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |