
VI Xəzər Sammiti iyunun 29-da Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçiriləcək.
Ahlibeyt.az-ın xəbərinə görə, İyunun 28-də Türkmənistanın paytaxtında Xəzəryanı dövlətlərin XİN başçılarının müşavirəsi keçiriləcək.
Müşavirə iştirakçıları ayın 29-da keçiriləcək VI Xəzər Sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər. Bu barədə çərşənbə günü RF XİN-in nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib:
“Aşqabadda keçiriləcək XİN Şurasında Xəzərdə əməkdaşlıq və prezidentlərin qarşıda duran görüşünə hazırlıq çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinin müzakirə ediləcəyi planlaşdırılır”.
Daha əvvəl tədbirin 2021-ci ildə keçirilməsi planlaşdırılsa da, sonradan bu tarix dəyişdirilmişdir.
Xatırladaq ki, Xəzəryanı ölkələrin liderlərinin bundan əvvəlki sammiti 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində keçirilib.