|
|
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT-nin Cenevrə Ofisi arasında əməkdaşlıq memorandumu imzalanıbNizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT-nin Cenevrə Ofisi arasında əməkdaşlıq memorandumu imzalanıb. Ahlibeyt.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib. BMT-nin Cenevrə ofisinin baş direktoru xanım Tatyana Valovaya və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin tərəfindən imzalanan memoranduma əsasən hər iki təşkilat multilateralizm, sülh, inkişaf və mədəni anlaşmanının təbliğ olunması istiqamətində birgə fəaliyyət göstərəcəklər. Qeyd etmək istərdik ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq Ümumdünya Səhiyyə Təşkilatı ilə strateji əməkdaşlıq memorandumu imzalayıb və Mərkəz digər qurumlarla da əməkdaşlığını inkişaf etdirmək istiqamətində çalışır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 İyun, 2022 12:59 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |