إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraqda İŞİD-in əl-Ənbar üzrə “vali”si və tərəfdarları məhv edilib

İraqın qərbində əl-Ənbar əyalətində İŞİD-in rəhbərlərindən bir neçəsi məhv edilib.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews Sumariya Agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq Ordusu bəyanat verib.

Bildirilib ki, həyata keçirilən əməliyyatda İŞİD-in əl-Ənbar üzrə “vali”si Əbu-Mansurun avtomobili müəyyən edilib.

Avtomobil hədəfə alınıb və terror təşkilatının əl-Ənbar “vali”si də daxil olmaqla dörd terrorçu burada məhv olub.

Terrorçunun rəhbərlik etdiyi qrup bundan öncə İraqın əl-Ənbar səhrasında, xüsusilə də ər-Rətba beynəlxalq avtomobil yolunda çoxsaylı terror aktları və partlayışlarını həyata keçirib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyun, 2022  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!