
İraqın qərbində əl-Ənbar əyalətində İŞİD-in rəhbərlərindən bir neçəsi məhv edilib.
Ahlibeyt.az-ın məlumatına görə, SalamNews Sumariya Agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq Ordusu bəyanat verib.
Bildirilib ki, həyata keçirilən əməliyyatda İŞİD-in əl-Ənbar üzrə “vali”si Əbu-Mansurun avtomobili müəyyən edilib.
Avtomobil hədəfə alınıb və terror təşkilatının əl-Ənbar “vali”si də daxil olmaqla dörd terrorçu burada məhv olub.
Terrorçunun rəhbərlik etdiyi qrup bundan öncə İraqın əl-Ənbar səhrasında, xüsusilə də ər-Rətba beynəlxalq avtomobil yolunda çoxsaylı terror aktları və partlayışlarını həyata keçirib.